mobil versiya

Naxçıvanda sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb



Naxçıvanda 21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb.
Test imtahanlarında 366 müəllim iştirak edib. Prosesdə 97,3 faiz davamiyyət qeydə alınıb.
Sertifikatlaşdırma imtahanında iştirak edən təhsilverənlərdən 91 faizi müəyyən olunmuş bal həddini keçərək uğur qazanıb. Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 24-06-2024, 19:15