mobil versiya

Təkrar sertifikatlaşdırma ilə bağlı apellyasiya müraciətlərinə başlanılıb



Müəllimlər üçün təkrar sertifikatlaşdırma prosesinin iyunun 8-də təşkil edilmiş test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılıb.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.
Müraciətlər iyunun 13-ü saat 11:00-dək qəbul olunacaq.
Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-06-2024, 14:29