mobil versiya

Culfada bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub



İyunun 24-də saat 23:20 radələrində Culfa rayon Bənəniyar kənd sakininin küt alətlə vurularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib ki, araşdırmalarla Culfa rayonu Bənəniyar kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun şəxsi münasibətlər zəminində bacısı - 1980-ci il təvəllüdlü Muradova Elfanə Məhərrəm qızını küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əliyev Ruslan Məhərrəm oğlu şübhəli şəxs qismində tutulub.
Culfa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 25-06-2024, 10:02