mobil versiya

Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir



Hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir.
Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, əvvəl Bakıda 67-70 min taksi fəaliyyət göstərirdi.
“Taksi sahəsində aparılan tənzimləmələrdən sonra elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə 35 min taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, - deyə o əlavə edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 19-07-2024, 11:15