23 cüdoçumuz Avropa kubokunda iştirak edəcək
Azərbaycanın cüdo yığması Almaniyanın paytaxtı Berlində keçiriləcək yeniyetmələr arasında Avropa kubokunda iştirak edəcək.
İyulun 27-28-də keçiriləcək yarışda 23 idmançımız mübarizə aparacaq.
Nizami İmranov, Murad Muradlı, Məhərrəm Mirzəyev (hamısı 60 kq), İslam Rəhimov, Nicat Nağıyev (hər ikisi 66 kq), Aydın Rzayev, Süleyman Əliyev, Abil Yusubov (hər ikisi 73 kq), Süleyman Şükürov, Əli Hacızadə, Nahid Tarquliyev , Məmmədrza Hacızadə (hamısı 81 kq), Tuncay Şamil (90 kq), Nihad Şıxəlizadə, Əjdar Bağırov (hər ikisi 100 kq), Könül Əliyeva, Fəridə Mirzəyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova (52 kq), Lətifə Abbasova, Fidan Qasımova, Fidan Əlizadə, Gülnarə Bayramova (hamısı 57 kq) Almaniyada tatamiyə çıxacaq.
Qeyd edək ki, Paris Olimpiadası ilə paralel keçiriləcək Avropa kubokunda 35 ölkədən 550 cüdoçu iştirak edəcək.
KARUSEL / İDMAN
Tarix: 23-07-2024, 16:37