Avstriyada keçiriləcək Qran-Pri turnirində 12 cüdoçumuz təmsil olunacaq
Azərbaycan cüdo millisinin Avstriyanın Linz şəhərində keçiriləcək Qran-Pri turniri üçün yekun heyəti müəyyənləşib.
Yarışda 8 kişi, 4 qadın idmançımız mübarizə aparacaq.
Kişilərin yarışında Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev və Murad Fətiyev (hər ikisi 90 kq) güclərini sınayacaqlar.
Qadınlar arasında isə Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) medal qazanmağa çalışacaqlar.
Ümumilikdə 75 ölkə təmsilçilərinin çıxış edəcəyi Qran-Pri mayın 25-27-də keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 23-05-2023, 18:25