mobil versiya

Bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcək - Xəbərdarlıq



Avqustun 6-da gündüz və 7-si gündüzdən 8-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

KARUSEL / ÖLKƏ
Tarix: 5-08-2024, 16:53