mobil versiya

Türkiyə səfiri Azərbaycanın Tehrandakı səfirliyində olub



Türkiyə səfiri Hicabi Kırlanğıç Azərbaycanın İrandakı səfirliyində olub.
Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Facebook səhifəsində paylaşım edib.
“Yeni ünvanda fəaliyyətini bərpa etmiş səfirliyimizi ilk ziyarət edən qardaş Türkiyənin İrandakı səfiri hörmətli həmkarım Hicabi Kırlanğıç və heyətini qəbul etməkdən çox şad oldum. Ziyarətləri üçün təşəkkür etdik və səfirliklərimiz arasında əməkdaşlığın davam etməsinin və daha da möhkəmləndirilməsinin önəmini vurğuladıq”, - diplomat bildirib.

KARUSEL / DÜNYA
Tarix: 6-08-2024, 14:29