mobil versiya

Britaniya səfiri Orxan Əsgərovun yas mərasiminə gəlib


Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak edib.

Səfir Bakının Yasamal rayonunda qurulmuş yas çadırına gəlib. O, yas mərasimində iştirak edib və şəhidin atasına başsağlığı verib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.(Report)
KARUSEL / GÜNDƏM
Tarix: 30-01-2023, 18:35