mobil versiya

Ruandada 6 minədək ibadət yeri bağlanıb



Ruandada son bir ayda 6 minədək ibadət yeri bağlanıb.
Söhbət kiçik kilsə və məscidlərdən gedir. İbadət yerlərinin bağlanmasına səbəb ibadət yerlərinin yanğın təhlükəsizliyi və gigiyena tələblərinə cavab verməməsi, həmçinin su mənbələrinə çox yaxın inşa edilməsidir.
Ruandada ibadət yerlərinin təhlükəsizliyi ilə bağlı qanun 2018-ci ildə qəbul edilib. Qanun qüvvəyə mindikdən sonra dini qurumlara qanunun tələblərinə uyğunlaşmaq üçün 5 il vaxt verilib. Qanunun qüvvəyə minməsindən bir neçə ay sonra 700 məscid və kilsə fəaliyyətini dayandırıb. Buna səbəb zirzəmilərdə yerləşən ibadət yerlərini normalara uyğunlaşdırmağın mümkün olmamasıdır. Əlavə olaraq xristian din xadimlərindən teologiya ixtisası üzrə diplom tələb edilir.(azərtac)

KARUSEL / DÜNYA
Tarix: 8-08-2024, 09:03