mobil versiya

Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında saziş bu tarixindən etibarən qüvvəyə minəcək



Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında saziş 28 avqust 2024-cü il tarixindən etibarən qüvvəyə minəcək.

Bu barədə Mərakeş Krallığının Azərbaycandakı Səfirliyindən bildirilib.

Göstərilmiş tarixdən etibarən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər. Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman eyni vizasız imtiyazlardan yararlanacaq.

Bildirilir ki, bu viza azadlığının Mərakeş və Azərbaycan arasında mövcud səyahət, turizm və biznes mübadiləsini əhəmiyyətli dərəcədə artırması gözlənilir.

Xatırladaq ki, bu il avqustun 28-də Mərakeş ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü (28 avqust 1992-ci il) də qeyd olunur. Vizasız rejimin tətbiqinin bu tarixdə olması da bu iki ölkəni birləşdirən qardaşlıq münasibətlərinin dərinləşməsinə olan qarşılıqlı sadiqliyin sübutudur.

KARUSEL / SİYASƏT
Tarix: 9-08-2024, 13:25