Azərbaycanın paracüdo üzrə millisi təlim-məşq toplantılarına başlayıb
Azərbaycanın paracüdo üzrə milli komandası Zaqatalada hazırlıq keçir.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, toplanış “Paris-2024” Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Bu gündən start verilən təlim-məşq prosesi avqustun 24-dək davam edəcək.
Qeyd edək ki, Paris Paralimpiadasında ölkəmizi 3 paracüdoçu - Xatirə İsmiyeva (J1, +70 kiloqram) və Dürsədəf Kərimova (J2, +70 kiloqram), kişilərdə isə İlham Zəkiyev (J1, +90 kiloqram) təmsil edəcək.
KARUSEL / İDMAN
Tarix: 12-08-2024, 16:58