mobil versiya

Polis Xaçmazda 379 kiloqram nəşə aşkarlayıb


Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. 
DİN mətbuat xidməti məlumat verir ki, əməliyyatlarla rayon sakinləri - Faiq Cəmilov, Fərid İsayev və Emin Vəlibəyov saxlanılıblar. Onlardan kultivasiya yolu ilə  yetişdirdikləri ümumilikdə  379 kiloqram çəkidə 355 ədəd çətənə kolu aşkarlanıb.
Həmçinin, keçirilən tədbirlərlə rayon sakini Ravid Ağakişiyev saxlanılıb. Ondan 2 ədəd tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


KARUSEL / HADİSƏ
Tarix: 28-08-2024, 10:26