Xaçmazda polis sənədsiz silah-sursat aşkar edib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, qeyd olunan tədbirlərlə qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilir. Gün ərzində polis əməkdaşları tərəfindən 4 ədəd tüfəng təhvil götürülüb.
Bundan başqa, polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “Toz-8” markalı yivli silah, 4 ədəd patron darağı və 150 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 30-11-2023, 09:03