“Tutxun” təzahür sahəsində buruqqazma işlərinə başlanılıb

Belə ki, QSC ümumi sahəsi 27 min 360 hektar olan təzahür sahəsində mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 5 703 hektar ərazidə tədqiqatların 1-ci mərhələsini – Axtarış-qiymətləndirmə işlərini yekunlaşdıraraq, növbəti mərhələ üzrə fəaliyyətə keçid edib. Tədqiqatların 2-ci mərhələsində ərazidə buruqqazma işləri həyata keçirilir. Daha sonra filizlərin həcmi ilkin olaraq müəyyən ediləcək, metalın filizdən çıxım miqdarını müəyyən etmək üçün metallurji tədqiqatlar aparılacaq. Paralel olaraq “Tutxun” təzahür sahəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam etdirilir, ərazilər təmizləndikcə QSC tərəfindən mərhələli şəkildə geoloji tədqiqatlar həyata keçirilir.

Xatırladaq ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis minerallaşmasının olduğu proqnozlaşdırılır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 28-08-2024, 11:11