mobil versiya

Tamir Yadai istefa verib



İsrail ordusunun Quru Qoşunlarının komandanı istefa verib.

Bu barədə İsrail mediası məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin (IDF) Quru Qoşunları Komandanlığının rəhbəri general-mayor Tamir Yadai şəxsi səbəblərə görə istefa verib.
Yadai son üç il ərzində Quru Qoşunlarının rəhbəri vəzifəsində çalışıb.
İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi və müdafiə naziri Yoav Gallant Yadainin istefasını qəbul edib.
Onu kimin əvəzləyəcəyi hələlik açıqlanmır.

KARUSEL / DÜNYA
Tarix: 3-09-2024, 13:33