mobil versiya

Səudiyyə və ABŞ hərbi rəsmiləri tərəfdaşlığın gücləndirilməsi yollarını müzakirə edib





Səudiyyə Ərəbistanının Birləşmiş Qüvvələr Komandanı general-leytenant Fəhad bin Həməd Əl Salman bazar günü Ər-Riyadda ABŞ silahlı qüvvələrinin nümayəndə heyətini qəbul edib və iki ölkənin hərbi tərəfdaşlığının gücləndirilməsi yollarını müzakirə edib.


Bu barədə The Saudi Press Agency məlumat yayıb.

General Fəhad Ər-Riyaddakı Birləşmiş Qüvvələr Komandanlığının qərargahında ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəis müavini, vitse-admiral II Çarlz Bredford Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qəbulda Birləşmiş Qüvvələr komandirinin müavini general-mayor Abdulla Əl-Qəmdinin rəhbərlik etdiyi yüksək rütbəli Səudiyyə zabitləri də iştirak edib.

ABŞ Müdafiə Nazirliyinin 11 vahid komandanlığından biri olan CENTCOM Yaxın Şərq, Şimal-Şərqi Afrika, Mərkəzi Asiya və Cənubi Asiyanın bəzi hissələrini əhatə edir.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 16-09-2024, 09:22