mobil versiya

Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə Qəzzada atəşkəs razılaşmasını müzakirə edib



ABŞ Dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səud ilə telefon danışığında Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların əldə olunmasının zəruriliyini müzakirə edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel məlumat verib.
Blinken Yəməndə “Ənsar Allah” hərəkatının husi üsyançılarının hərəkətlərindən də narahatlığını ifadə edib.
Bundan əlavə, amerikalı diplomat Səudiyyə Ərəbistanından olan həmkarına Sudanda hərbi əməliyyatların dayandırılması üçün danışıqların təşkilində göstərdiyi köməyə görə təşəkkür edib.

KARUSEL / DÜNYA
Tarix: 19-08-2024, 06:45