mobil versiya

İsrailin Livanın Əyn Əl Delb kəndinə hücumu nəticəsində ölənlərin sayı 71-ə çatıb



İsrailin ordusunun sentyabrın 29-da Livanın cənubundakı Əyn Əl Delb kəndini bombalaması nəticəsində ölənlərin sayı 71-ə çatıb.
Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, xilasedicilər dağıntıların təmizlənməsini başa çatdırıblar.
Xatırladaq ki, daha əvvəl Livanın Səhiyyə Nazirliyi 45 nəfərin öldüyü, 70-nin yaralandığı barədə məlumat vermişdi.(report)
KARUSEL / DÜNYA
Tarix: 1-10-2024, 21:08