mobil versiya

Qəzzada ölənlərin sayı 41 minə çatıb


Qəzza zolağında ölənlərin sayı təxminən 40,74 min olub.
Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurbanların, zərərçəkənlərin ümumi sayı 94 154 nəfərə çatıb.
Son sutkada hərbi əməliyyatlar nəticəsində daha 47 fələstinli ölüb, 94 nəfər isə yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.(report)
KARUSEL / DÜNYA
Tarix: 1-09-2024, 17:27