mobil versiya

Paytaxtın bu küçəsinə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq




Oktyabrın 5-də, saat 00:00-dan Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-10-2024, 11:49