Bu küçədə hərəkət məhdudlaşdırılacaq
13 avqust saat 08:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Növbəti mərhələdə təmir işləri Puşkin küçəsindən R.Behbudov küçəsinədək olan hissə üzrə aparılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-08-2024, 15:55