Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkalar oktyabrın 15-də saat 10:30-da Laçın şəhərindəki “Seyrangah” adlanan ərazidə, oktyabrın 16-da saat 11:00-da isə Şuşa şəhərindəki “Şuşa” hotelində keçiriləcək.
Tədbirlərdə işsiz və işaxtaran şəxslərə 42-dən çox müəssisə tərəfindən müxtəlif sahələr üzrə 400-dən çox vakansiya təqdim ediləcək. Onlara Agentliyin aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar da veriləcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-10-2024, 18:01