Bakı-Tbilisi-Ceyhan ilə daşınan neftin həcmi açıqlanıb
Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 3,12 faiz azalaraq 28 milyon 859,8 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 75,1 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-sentyabr ayları ərzində bu kəmərlə neft nəqli 4,3 faiz azalaraq 21 milyon 681,7 min ton olub.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,5 faizini və ya 17 milyon 676,3 min tonunu Azərbaycanda hasil edilən neft, 18,5 faizini və ya 4005,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-10-2024, 14:58