mobil versiya

Moldovada prezident seçkisinin ikinci turu keçiriləcək



Moldovada keçirilən səsvermənin ilkin nəticələrinə görə, prezident seçkiləri ikinci turu keçiriləcək.

Prezident Maia Sandu Aleksandr Stoyanoqlo ilə birlikdə ikinci turda mübarizəni davam etdirəcəklər.
Avropa İttifaqına daxil olmaq siyasətinin ölkə konstitusiyasına daxil edilməsi ilə bağlı referendumun nəticəsi bazar ertəsi səhərə kimi hələ bəlli olmyıb. Bu təklifin tərəfdarları ilə əleyhdarları arasında fərq cüzi olub.
Mərkəzi Seçki Komissiyası protokolların 98%-ni emal etdikdən sonra hazırkı prezident demək olar ki, 42%, keçmiş baş prokuror Stoyanoqlo isə 26%-dən bir qədər çox səs toplayıb.
Yerli vaxtla səhər saat səkkizə qədər protokolların 98%-i hesablananda ölkənin əsas qanununa Avropaya inteqrasiya kursunun daxil edilməsinin əleyhdarlarının avrointeqrasiya tərəfdarlarından üstünlüyü cəmi 0,2% təşkil edir.
Referendumdan əvvəl keçirilən sorğular göstərdi ki, respondentlərin aydın əksəriyyəti avrointeqrasiyanı dəstəkləyib, ona görə də konstitusiya dəyişikliyi qəbul olunmasa, bu, Maia Sandu və onun tərəfdarları üçün xoşagəlməz sürpriz olacaq.
Referendumun baş tutmuş sayılması üçün orada qeydə alınmış seçicilərin azı üçdə biri iştirak etməlidir.

KARUSEL / DÜNYA
Tarix: 21-10-2024, 12:27