Hollandiya kəşfiyyatı Rusiyanın Şimali Koreyadan qoşun gətirdiyini təsdiqləyib
Hollandiya kəşfiyyatı Rusiyanın Ukrayna müharibəsində döyüşmək üçün Şimali Koreyadan ən azı 1500 hərbçi göndərdiyini təsdiqləyib.
Reportyor.az xəbər verir ki, bunu Hollandiyanın müdafiə naziri Ruben Brekelmans bildirib.
Moskva ABŞ-ın Şimali Koreyanın Rusiyaya qoşun yeritməsi ilə bağlı əvvəlki iddialarını təkzib etməyib, Qərb bunu müharibənin əhəmiyyətli dərəcədə genişlənməsi kimi qiymətləndirir.
"Biz qoşunların əsasən Kurskda yerləşdiriləcəyini və əsasən Şimali Koreya ordusunun xüsusi bölmələrindən ibarət olacağını gözləyirik" deyən Brekelmans, ilk yerləşdirmənin Rusiya üçün qoşunları sınaqdan keçirmək və beynəlxalq reaksiyanı ölçmək üçün bir üsul olduğunu bildirib.
Kursk, Ukrayna qüvvələrinin avqust ayında böyük bir hücum təşkil etdiyi Ukrayna sərhədinə yaxın Rusiyanın şəhəridir.
KARUSEL / DÜNYA
Tarix: 25-10-2024, 14:13