mobil versiya

COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirləri görüşüb



Bakıda keçirilən COP29 iqlim forumu çərçivəsində Özbəkistan Respublikasının pavilyonunda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ekologiya və ətraf mühit nazirlərinin görüşü baş tutub.

Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın müvafiq nazirliklərinin rəhbərləri və TDT-nin Baş katibi iştirak ediblər. İştirakçılar təşkilata üzv dövlətlərin ekologiya nazirlərinin Bəyannaməsini imzalayıblar. Daha sonra çıxışlar edilib.
Nazirlər və TDT-nin Baş katibi BMT-nin hazırkı iqlim gündəliyinə tam dəstəyini ifadə ediblər və COP29-un ilk günlərində qeyd olunan məqsədlərə əməl olunmasına dair öhdəliklərini təsdiqləyiblər.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-11-2024, 11:12