Minalar bərpa işlərinin aparılması və əhalinin köçürülməsi prosesini çətinləşdirir
Azərbaycan mina çirklənməsindən əziyyət çəkən ölkələr sırasında ön yerdədir. Ölkənin qarşısında qonşu Ermənistanın işğalından azad etdiyi Qarabağa döşənmiş təxminən 1,5 milyon minanın təmizlənməsi kimi böyük vəzifə durur.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov COP29 çərçivəsində təşkil olunan “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda müzakirədə deyib.
O əlavə edib ki, Lüksemburqdan üç dəfə böyük - 7 min kvadratkilometr ərazidə basdırılmış minalar bərpa işlərinin aparılması və əhalinin köçürülməsi prosesini çətinləşdirir:
"Azərbaycan bu məsələdə kifayət qədər dəstək almır. Azərbaycan öz resursları ilə çox geniş miqyasda minatəmizləmə fəaliyyəti həyata keçirir və uğurlu təcrübə yaradıb. Azərbaycan xüsusi bilik və təcrübə qazanıb, bu sahədə artan təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır. Onun təcrübəsi və yanaşmaları bütün dünyada həyata keçirilən bu fəaliyyətə dəstək verə bilər. Bu, nəinki təqdirəlayiq nümunə olacaq, həm də bir neçə beynəlxalq donoru buna töhfə verməyə inandıra bilər".(report)
KARUSEL / CƏMİYYƏT
Tarix: 14-11-2024, 14:57