mobil versiya

10 ayda vergi daxilolmaları 14 milyard manatdan çox olub



2024-cü ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manatdan çox vergi daxil olub və proqnoza 104,4% əməl edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 9 milyard 551,4 milyon manatdan artıq təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,9% artıb.
Ödənilən vergilərin 67,5%-i qeyri-neft-qaz sektorunun, 32,5%-i isə neft-qaz sektorunun payına düşüb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:03