mobil versiya

VIII Beynəlxalq Bankçılıq Forumu keçirilir


Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu işə başlayıb.

Reportyor.az xəbər verir ki, forumun mövzusu etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıqdır. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilir.

İki günlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir.
Qeyd edək ki, 8 ildir forum sənaye liderləri və maraqlı tərəflərin bir araya gələrək yeni ideyalar paylaşdığı, məhsul nümayiş etdirdiyi, təcrübə mübadiləsi apardığı, maliyyə texnologiyaları, rəqəmsallaşma və ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut edib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-12-2024, 09:59