Hakimliyə namizədlərin test imtahanı olacaq
Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib.
Komitədən bildirilib ki, həmin namizədlər üçün test imtahanı dekabrın 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.
İmtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.
Buraxılış vərəqəsini dekabrın 13-ü saat 10:00-dək çap etmək olar.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-12-2024, 12:51