mobil versiya

Növbəti GRE imtahanı keçiriləcək



Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı iyulun 12-də Dövlət İmtahan Mərkəzinin (DİM) Binəqədi rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən Elektron imtahanlar korpusunda təşkil olunacaq.
DİM-dən bildirilib ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanacaq.
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-07-2024, 10:57