mobil versiya

Növbəti TOEFL iBT imtahanı keçiriləcək



Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) TOEFL iBT imtahanı iyunun 10-da Dövlət İmtahan Mərkəzinin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
Mərkəzdən bildirilib ki, imtahan verəcək şəxslər 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır. Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumat DİM-in səhifəsində yerləşdirilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 8-06-2023, 10:38