mobil versiya

Sabah Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək



İyulun 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron imtahanlar korpusunda 2 növbədə TOEFL iBT imtahanı keçiriləcək.
DİM-dən bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
İmtahanlar saat 09:00-da və 14:00-da başlanır.
Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-07-2024, 12:04