mobil versiya

Rusiya və Belarusdan sonra Şimali Koreya da diplomatlarını Suriyadan təxliyə edir







Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriyadakı Hmeymim aviabazasından uçan Rusiya Hərbi Hava Qüvvələrinin xüsusi reysi Dəməşqdəki rus diplomatik heyətinin bir qismini, həmçinin Belarus və Şimali Koreya diplomatlarını təxliyə edib.

Reportyor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Telegram mesajlaşma kanalında bildirilib: “Rusiyanın Dəməşqdəki səfirliyinin işi davam edir”.

Rusiyanın RİA dövlət xəbər agentliyi Belarus Xarici İşlər Nazirliyinə istinadən bütün Belarus diplomatlarının Suriyadan təxliyə edildiyini bildirib.

KARUSEL / DÜNYA
Tarix: 16-12-2024, 11:00