mobil versiya

Paytaxtda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb


Bu ilin noyabr ayı ərzində Bakıda qanunsuz yaşayan 92 əcnəbi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Reportyor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycanın ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycanda olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub.
Həmin şəxslər aidiyyəti üzrə təhvil veriliblər.
Həmçinin, bildirilib ki, cari ilin 11 ayı ərzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 531 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.




KARUSEL / ÖLKƏ
Tarix: 16-12-2024, 14:11