Sənədi olmayan 94 əcnəbi saxlanılıb
Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən avqust ayında keçirilən tədbirlərlə daha 94 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdikləri üçün saxlanılıb.
Saxlanılan şəxslərdən bir neçəsinin qeydiyyatsız yaşamaqla yanaşı, qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları da müəyyən edilib.
Həmin əcnəbilərə pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və onların mənsub olduqları ölkələrdə yaşayan naməlum şəxslər tərəfindən aldadıldığı aşkarlanıb.
Aşkarlanan hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilib və saxlanılan əcnəbilər aidiyyəti üzrə təhvil veriliblər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 2-09-2024, 15:38