mobil versiya

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olub



2024-cü ilin yanvar-noyabr aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 48,4 milyard manat təşkil edib.


Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, sənaye məhsulunun 76 faizi mədənçıxarma, 20,8 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7 faiz təşkil olunub.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2024-cü il dekabrın 1-nə olan vəziyyətə görə, 392,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 47,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:29