mobil versiya

ABŞ ordusunun veteranı Hizbullaha qoşulmağa cəhddə günahlandırılır





Hizbullaha qoşulmaq üçün Livan və Suriyaya getdiyi iddia edilən ABŞ ordusu veteranı “terrorçu” təşkilata dəstək verməyə cəhddə ittiham olunub.

Reportyor.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamenti məlumat yayıb.

Departamentdən verilən açıqlamada, ikili ABŞ-İrlandiya vətəndaşı olan 24 yaşlı Cek Danaher Molloy keçən ay Çikaqoda həbs edilmiş və ittihamlarla üzləşmək üçün bazar ertəsi Pensilvaniyaya gətirilmişdir.
İttihama görə, Molloy avqust ayında Livana gedib və Vaşinqtonun “terrorçu” qruplaşması kimi tanıdığı Hizbullaha qoşulmağa cəhd edib.
Onun cəhdlərinin qarşılığı alındıqdan sonra o, oradakı təşkilata üzv olmaq üçün Suriyaya getdi.
Molloy ABŞ-a qayıdıb və iddialara görə Livandakı şəxslərlə onlayn əlaqə saxlayaraq Hizbullaha qoşulmaq cəhdlərini davam etdirib.
Ədliyyə Departamentinin məlumatına görə, Molloy sosial mediada yəhudi xalqına qarşı zorakılığı təbliğ edib və WhatsApp-da ailə üzvü ilə söhbətində baş planının Hizbullaha qoşulmaq və yəhudiləri öldürmək olduğunu deyib.
Molloy "terrorçu" təşkilata maddi dəstək verməkdə təqsirli bilinərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.
KARUSEL / DÜNYA
Tarix: 3-01-2025, 11:44