Taksi minik avtomobillərinin orta yaşı 15-dən 7-yə enib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi -AYNA tərəfindən aparılan islahatlar nəticəsində taksi parkı yenilənir.
Reportyor.az xəbər verir ki, AYNA-dan verilən məlumata görə, 2024-cü ildə taksi minik avtomobillərinin orta yaşı 15-dən 7-yə enib.
Nəticədə elektrik və hibrid taksilərin sayı artıb, vahid rəngin tətbiqi təmin edilib, təhlükəsizlik artıb, ekologiyaya mənfi təsir azalıb, daha rahat və keyfiyyətli xidmət təmin olunub.
Bildirilir ki, yenilənmiş avtomobil parkı paytaxtda daha təhlükəsiz, dayanıqlı və rahat mobillik mühitini formalaşdırır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 12:16