Şahbaz Şərif fevralda Azərbaycana və Özbəkistana səfər edəcək
Pakistan özünün “Mərkəzi Asiyaya baxış” siyasətinə uyğun olaraq Mərkəzi Asiya dövlətləri ilə gücləndirilmiş əlaqələri və Qafqazın mühüm ölkələri ilə əlaqələrini genişləndirməkdə fəal şəkildə çalışır. Strategiyaya əməl edən Baş nazir Şahbaz Şərif fevralın üçüncü həftəsində Azərbaycan və Özbəkistana səfər edəcək.
Reportyor.az xəbər verir ki, bu barədə yerli “The News International” bu barədə məlumat yayıb.
Baş nazirin müavini,xarici işlər naziri senator Məhəmməd İshaq Dar və bəzi mühüm federal nazirlər də onu müşayiət edəcəklər. Həmçinin, Baş naziri işgüzar dairələrdən ibarət nümayəndə heyəti də müşayiət edəcək. Şahbaz yeddi aydan az müddətdə üçüncü dəfə Azərbaycanın paytaxtı Bakıda olacaq.
Pakistandakı mötəbər mənbələr “The News”a bildirib ki, fevral səfəri ikitərəfli olacaq və ötən il Pakistana da səfər etmiş Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə olacaq. Mənbələr Pakistanın iki ölkə arasında iqtisadi əməkdaşlığa xidmət edən bir sıra sazişlər bağlayacağını qeyd ediblər.
Baş nazir vətənə qayıtmazdan əvvəl iki gün Özbəkistanda da olacaq. O, Özbəkistana tranzit ticarəti üçün Kəraçi limanından istifadə etməyi təklif edəcək və həmçinin mühüm ticarət sazişləri imzalayacaq, deyə mənbələr bildiriblər.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:19