mobil versiya

Kaliforniyadakı yanğına Yeni il atəşfəşanlığı səbəb ola bilər



Los-Anceles dairəsinin Paliseyds bölgəsində baş verən yanğın təkrar alovlanma nəticəsində yarana bilər. Yanğına ilkin səbəb kimi Yeni il atəşfəşanlığının olduğu güman edilir.

Bu barədə “Washington Post” qəzeti yazır.
"Təhlil göstərib ki, yanğın köhnə yanğının bilavasitə yaxınlığında başlayıb. Bu da Yeni il ərəfəsində baş verən yanğının küləkli havada təkrar alovlanma ehtimalını artırır", - nəşr foto, video və radio materialların, peyk şəkillərinin və şahidlərlə müsahibələrin təhlili əsasında bildirib.
Pasifik Paliseyds bölgəsində 1 yanvar gecəsi baş verən yanğın təxminən 4 saat ərzində söndürülüb. Yanğın lokallaşdırıldıqdan sonra Los-Anceles dairəsinin yanğınsöndürmə xidməti təkrar alovlanmanın qarşısını almaq üçün tədbirlər görəcəyini bildirib.
Qeyd olunub ki, kadr çatışmazlığı və digər hadisələrə reaksiya vermək zərurəti səbəbindən yanğınsöndürənlər çox vaxt söndürülmüş yanğının yenidən başlayıb-başlamamasına nəzarət etməkdə çətinlik çəkirlər.
Los-Anceles dairəsində yanvarın 7-də başlayan meşə yanğınları ştatın tarixində ən böyük yanğın kimi qəbul edilib. Yanğınların ümumi sahəsi 16 min hektarı keçib. Yanğınlar nəticəsində azı 24 nəfər həlak olub. (report)

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:55