mobil versiya

Milli Xalça Muzeyi XIX əsrin sonuna aid məfrəşi təqdim edib



Azərbaycan Milli Xalça Muzeyi  “Xalça məmulatları” kolleksiyasından növbəti eksponatı - XIX əsrin sonuna aid məfrəşi təqdim edib.

Reportyor.az xəbər verir ki, məfrəş maldarlıqla məşğul olan insanların gündəlik həyatında geniş istifadə olunan, zili, kilim, bəzən də xovlu xalça texnikası ilə toxunan, ağzını gözəmək məqsədi ilə ilgəklər tikilmiş, təqribən yarım metr hündürlüyündə, 1 metr enində, 1,2 metr uzunluğunda bəzəkli məişət əşyasıdır. Formaca hündür sandığa bənzəyir.

Məfrəşlərdən yorğan-döşək, paltar saxlamaq, həmçinin onları dağdan arana və ya arandan yaylağa daşımaq üçün çox qədim zamanlardan istifadə edilir.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 17:00