mobil versiya

Muzeydə qorunan XIX əsrin sonuna aid çiyi palazı





Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında palazın orijinal növü olan, keçirmə, sancma, dolama texnikasında toxunan çiyi palazın ən yaxşı nümunələri qorunur. 

Onlardan biri bədii xüsusiyyətləri, kompozisiya quruluşuna görə seçilən, üzərindəki zərif naxışları ilə göz oxşayan, XIX əsrin sonuna aid çiyi palazdır.

Abşeronun Qobu kəndi tarixən çiyi palazları ilə məşhur olub və ondan məişətdə döşəmə örtüyü kimi, habelə çul, heybə, xurcun, pərdə və oturacaq örtüklərinin istehsalı üçün istifadə edilib.

Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində muzeyin kolleksiyasında mühafizə olunan çiyi palazlar əsasında yeni nümunə toxunub və onun qədim ənənələrə uyğun dəzgahdan kəsimi mərasimi keçirilib.

Qeyd edək ki, yeni yaradılan xalçanın eskizinin müəllifi rəssam Şəbnəm Piriyeva, toxucusu Şükufə Səfərovadır.



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-09-2024, 11:26