mobil versiya

Azərbaycan Milli Xalça Muzeyi bu tarixlərdə bağlı olacaq



Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar 31 dekabr 2023-cü il - 1 yanvar 2024-cü il tarixlərində Azərbaycan Milli Xalça Muzeyi fəaliyyət göstərməyəcək. 
Bu barədə muzeydən məlumat verilib.
Bayramın digər günlərində isə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası həmişəki qrafiklə - həftə içi saat 10:00-dan 18:00-a, şənbə və bazar günləri isə 11:00-dan 19:00-dək işini davam etdirəcək. Azərbaycan Milli Xalça Muzeyi bayram günlərini maraqlı və səmərəli keçirmək istəyən hər kəsi muzeyə dəvət edir.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 29-12-2023, 10:48