mobil versiya

Xalça Muzeyində qorunan araqçın, külah, təsək, tumanbağı, xurcun, heybə




Azərbaycan Milli Xalça Muzeyi kolleksiyasının bir hissəsini XIX–XX əsrlərə aid ənənəvi xalça məmulatları təşkil edir.


Muzeydən bildirilib ki, əsrlər boyu qadınlarımız digər məişət işlərilə yanaşı, xalçaçılıq və tikmə sənəti ilə məşğul olub. Qızlar kiçik yaşlarından toxuculuğu öyrənirdilər. El adətinə görə, cehizə daxil olan əşyaların çoxunu nişanlı qızlar öz əlləri ilə hazırlayırdılar. 
Bu onların qabiliyyətinin, məharətinin, estetik zövqünün, səbrinin göstəricisi sayılırdı. Xalça-palazla yanaşı, qızlar adətən gələcək nişanlıları, habelə onların ailə üzvləri üçün araqçın, külah, təsək, corab, tumanbağı, at çulu, xurcun, heybə və s.dən ibarət cehiz tədarük edirdilər. Gənc qızlar ailə quranda xalça məmulatlarından ibarət cehizi ər evinə aparırdılar. Bu məmulatların kompozisiya və koloriti dəstə daxil olan bütün predmetlərdə təkrarlanırıb.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 23-09-2024, 12:45