Bu rayonlarda qaz olmayacaq
![](/uploads/posts/2025-02/1739427877_1739427824207.png)
Bakının Binəqədi və Xəzər rayonlarının qaz təchizatında bu gün fasilə yaranacaq.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Xəzər rayonu ərazisində "Hacı Mövlan” ölçü qovşağı üzərində filtrin quraşdırılması, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədilə, fevralın 13-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Biləcəri qəsəbəsinin, Xəzər rayonu üzrə Qala kəndinin, Şüvəlan və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:23