Ötən il dövlət büdcəsinə vergi daxilolmalarının həcmi açıqlanıb
![](/uploads/posts/2025-02/1739434294_1739434215030.png)
İqtisadi artımın və şəffaflaşmanın davam etməsi şəraitində dövlət büdcəsinin vergi gəlirləri 2019-cu ilin əvvəli ilə müqayisədə 2,1 dəfədən çox artıb.
Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Vergi Xidməti-25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda deyib.
O qeyd edib ki, 2024-cü ildə vergi daxilolmalarının həcmi 15,8 milyard manatı keçib, Dövlət Vergi Xidmətinin xəttilə toplanan fiskal yığımlar isə 22,8 milyard manat olub.
“Bununla da DVX bütün fiskal yığımların 77 faizindən çoxunu təmin edən orqandır. “Kölgə iqtisadiyyatı” ilə mübarizə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılması, haqlı rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə münasibətin intizamsız ödəyicilərdən fərqləndirilməsi, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi bu yeni yanaşmanın əsas tərkib hissələridir”, - deyə Orxan Nəzərli əlavə edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:39