36 ölkədən 600-ə yaxın idmançının təhlükəsiz və rahat daşınması təmin edilib

14-16 fevral tarixlərində Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri iştirakçılarının etibarlı nəqliyyat əlaqəsini təmin etmək məqsədilə 45 avtobus ayrılıb.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat verib.
Bildirilir ki, bu avtobuslar vasitəsilə turnirin keçirildiyi günlərdə 36 ölkədən 600-ə yaxın idmançının təhlükəsiz və rahat daşınması təmin edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-02-2025, 14:12