mobil versiya

İdxal olunan uşaq qidası məhsul partiyasında uyğunsuzluq aşkarlanıb



Nəzarət tədbirləri çərçivəsində "Baku Kids Company" QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana" SL əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Reportyor.az xəbər verir ki, bu barədə AQTA məlumat paylaşıb.

Sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm aşkarlanıb. 
Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Məlumat üçün bildiririk ki, ölkəyə idxal olunan bütün uşaq qidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 14:46